13.6 C
Gence
13.6 C
Gence

Sakinlərin kommunal problemləri dinlənilib

Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 23 noyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.

MKTİB-nin rəisi Nurəhməd Əhmədov sakinlərlə görüşüb. Burada onların kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi kimi məsələlər üstünlük təşkil edib.

Səsləndirilən şikayət və təkliflərin həll olunması istiqamətində qurumun müvafiq şöbələrinə tapşırıqlar verilib. MKTİB-nin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Ən Çox Oxunan