25.3 C
Gence
19.5 C
Ganja

Sakinlərin istilik və isti su təchizatı ilə bağlı problemləri dinlənəcək

“Azəristiliktəchizat”ın rəhbəri Gəncədə sakinlərlə görüşəcək. Bu haqda məlumatı iyunun 8-i Report-a istinadən veririk.

Tədbir iyun ayının 23-ü saat 10:00-da təşkil ediləcək. “Azəristiliktəchizat” ASC-nin sədri vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Gəncə, Goranboy, Samux, Kəlbəcər şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Qəbulda vətəndaşları istilik və isti su təchizatı ilə bağlı maraqlandıran suallar cavablandırılacaq, sakinlərin istilik təchizatına dair problemləri dinləniləcək.

Qəbul Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535, Heydər Əliyev Mərkəzi ünvanında keçiriləcək.