Bu gün Gəncədə qanvermə aksiyası keçirilir. Bu haqda 8 avqust tarixində Report-a istinadən məlumat veririk.
Aksiya Aşura günü ilə əlaqədar təşkil olunub. Vətəndaşlar saat 8:00-dan 18:00-dək Mərkəzi Qan Bankının Gəncə bölməsində qan verə bilərlər.
İlk öncə bütün donorlar zəruri müayinələrdən keçirilir. Onların təzyiqi, hemoqlobin dəyəri və hərarəti ölçülür. Əgər həmin şəxs donor olmağa uyğundursa, qan verməsinə icazə verilir. Standart olaraq 350-400 ml qan götürülür.
Qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, nəticələri təmiz olanlar hemofiliya və talassemiya, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.
Qeyd edək ki, Qan Bankının Gəncə bölməsi Sabir Hacıyev küçəsi, 2 ünvanında yerləşir.
