20.3 C
Gence
15.5 C
Ganja

Sakinlər onlayn olaraq icra hakimiyyətinin xidmətlərindən yararlanacaqlar

Gəncə sakinlərinin istifadəsinə elektron portal verilib. Bu haqda məlumatı iyunun 16-sı Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən veririk.

Sakinlərə “Rəqəmsal icra hakimiyyəti” portalı təqdim edilib. Vətəndaşlar icra hakimiyyəti tərəfindən göstərilən bir sıra xidmətlərdən rəqəmsal formatda yararlana biləcəklər.

İcra hakimiyyətində görüş üçün elektron formatda müraciət etmək mümkün olacaq. Bundan başqa aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradılıb.

Portalla tanış olmaq üçün bu linkdən keçid etmək kifayətdir.