Gəncədə mütaliə həftəsinə start verilib. Bu haqda Gencexeber.az-a 30 iyun tarixində məlumat daxil olub.
Mərkəzi kitabxana fonduna daxil olan müxtəlif adda, mövzuda tibb, pedaqogika, turizm, iqtisadiyyat və s. elmi ədəbiyyatlardan ibarət sərgi təşkil edilib. Binanın önünə kitablar qoyulub. Sakinlər əsərlərlə tanış olaraq, bəyəndiklərini oxumaq üçün kitabxanadan götürüblər.
Məqsəd şəhər əhalisini kitabxananın fondu ilə tanış etmək, kitaba və mütaliəyə olan marağı daha da artırmaq olub.
