Gəncədə məşhur bulaqlardan birinə su gəlmir. Bu haqda Gencexeber.az-a 24 iyul tarixində məlumat daxil olub.
Söhbət Gülüstan qəsəbəsində yerləşən Üç bulaqdan gedir. Sakinlərin sözlərinə görə, bulağa bir müddətdir su gəlmir. Kranların bəziləri qırılıb və ya bağlanıb.
“Şəhər sakinlərinin əksəriyyəti buradan su doldurub aparırdı. Kranların bəzilərini qoparıblar. Yalnız birindən sızıntı ilə su axır. Bu bulaq suyu ilə çox məşhurdur. Aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görməsini istəyirik. Bulaq bərpa olunsa, çox sevinərik”, – deyə əhali bildirir.