19.1 C
Gence
19.1 C
Gence

Sahil Babayev Gəncədə şəhid ailələrinə yaradılmış müəssisələrdə olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində şəhid ailələri üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib. Bu haqda Gencexeber.az 12 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.

Nazir, Vətən müharibəsi şəhidi Samir Abdullayevin atası İlham Abdullayev üçün yaradılmış dəmirçilik sexinə, həmçinin şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov üçün yaradılmış arıçılıq təsərrüfatına, şəhid Nurəddin Hümbətovun atası İlqar Humbətov üçün yaradılmış maldarlıq təsərrüfatına baş çəkib.

Qeyd edək ki, Gəncədə bu il özünüməşğulluq proqramı çərçivəsində 109 nəfər üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Daha öncə, şəhid Samir Abdullayevin atası İlham Abdullayevə dəmirçilik sexinin yaradılması haqda xəbər vermişdik.

Ən Çox Oxunan