Gəncədə sahibkarlarla görüş olacaq. Bu haqda 26 aprel tarixində “BSC Consulting & Outsourcing”ə istinadən məlumat veririk.
“BSC” MMC-nin əməkdaşları Gəncəyə gəlirlər. Onlar 28 aprel saat 15:00-da sahibkarlarla görüş təşkil edəcəklər. Burada mühasibatlıq, vergi, hüquq, insan resursları sahələrində daim problemlərlə qarşılaşan, vergi hesabatları və digər məsələləri həll edərkən çətinlik çəkənlər iştirak edə bilərlər.
Görüş Şah İsmayıl Xətai prospekti, 550 ünvanında yerləşən “Piramida Park Restaurant”da baş tutacaq.