17.5 C
Gence
17.5 C
Gence

Sahibkarlar üçün “Vergi tutmanın əsasları” adlı təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) növbəti dəfə maarifləndirici tədbir təşkil edib. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Gəncə KOB İnkişaf Mərkəzinə istinadən xəbər verir.

Qruplar şəklində təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən Azərbaycan Respublikasında vergi tutmanın əsasları, vergi uçotu və vergi yoxlamaları və müəssisələrin qarşılaşdığı vergi problemləri və onların həlli yolları barədə məlumatlar verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimlərdə şəffaf vergi tutma sistemi tətbiq etmənin üstünlükləri, vergi növləri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Ən Çox Oxunan