25.8 C
Gence
25.8 C
Gence

Sabah Gəncədə şəhidin ildönümü mərasimi keçiriləcək

Gəncədə şəhid Hüseyn Mirzəyevin ildönümü mərasimi baş tutacaq.

Tədbir dekabrın 22-si Gəncə Şəhidlər xiyabanında saat 11:00-da keçiriləcək. Daha sonra isə “Qızıl Ay” mərasim zalında ehsan veriləcək. Mərasimdə iştirak etmək istəyən hər kəs gələ bilər.

Hüseyn Elsevər oğlu Mirzəyev 19 iyul 2001-ci ildə Gəncə şəhərində doğulub. 13 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 dekabr 2020-ci ildə Gəncədə dəfn olunmuşdur.

 

Ən Çox Oxunan