Gəncədə gənclər üçün tədbir təşkil olunub. Bu haqda 12 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
“Gənclərin asudə vaxtının təşkili” ilə bağlı “Sağlam həyat tərzini vərdişə çevir” mövzusunda tədbir Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Regional Mədəniyyət İdarəsinin, Heydər Əliyev Mərkəzinin, YAP Gəncə şəhər təşkilatının və 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə keçirilib. Burada Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək qeyd edib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir.
Tədbirin aparıcısı, kitabxana filialının müdiri Mirvari Cəfərova sağlam həyat tərzinin qaydaları haqqında ətraflı məlumat verib. Çıxışçılar gəncləri sağlam həyat tərzini vərdişə çevirməyə dəvət ediblər.
Əməkdar şahmat müəllimi Elçin Axundov gənclərə sağlam həyat tərzi ilə bağlı öz məsləhətlərini verib. Tədbir diskussiya formasında keçib, gənclərin mövzu ətrafında sualları cavablandırılıb.