14.7 C
Gence
14.7 C
Gence

“Sağlam həyat, sağlam gələcək” layihəsinin tədbiri baş tutub

Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib. Bu haqda 25 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Tədbir “Sağlam həyat, sağlam gələcək” adlı layihə çərçivəsində baş tutub. Burada universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxış edib. O qeyd edib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas vəzifələrdəndir.

“Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov yaradılan şəraitə görə ADAU rəhbərliyinə minnətdarlığını bildirib. Sonra narkomaniya və onun fəsadları, müalicəsi və digər mövzularda çıxışlar dinlənilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Ən Çox Oxunan