Gəncədə idman yarışı keçirilib. Bu haqda 4 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Tədbir “Sağlam bədəndə sağlam ruh” devizi altında baş tutub. Burada kros qaçışı və turnikdə dartınma hərəkətləri üzrə yarışlar keçirilib. Tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idman təşkili bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Zaur Məcidov çıxış ediblər.
Yarışda ümumilikdə 110-dan çox şəxs mübarizə aparıb. Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.