14.1 C
Gence
11.5 C
Ganja

“Sətir-sətir müəllim” müsabiqəsinin qalibləri təltif olunublar

Gəncəli məktəblilər regional müsabiqədə qalib gəliblər. Bu haqda 31 oktyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sətir-sətir müəllim” müsabiqəsi keçirilib. Qaliblər mükafatlandırılıblar. Onların siyahısı aşağıdakı kimidir:

  • Nərmin Süleymanova – 2 nömrəli tam orta məktəb;
  • Səbinə Abdullazadə – 12 nömrəli tam orta məktəb;
  • Solmaz Aslanova – 26 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey.

Qeyd edək ki, müsabiqənin qaydalarına uyğun olaraq, şagirdlər tərəfindən müəllim haqqında düşüncələri məktub (bədii məktub) formasında yazılaraq, məktəbin münsiflər heyətinə təqdim edilib. İlk mərhələdə münsiflər heyəti iştirakçıları xəttinə, məktubların məzmununa, yaradıcılıq səviyyəsinə, mövcud meyarlara görə qiymətləndiriblər. Hər məktəb üzrə müsabiqənin şərtlərini ödəyən 1 məktub aidiyyəti şəhər təhsil sektoruna təqdim edilib. Təhsil sektoru tərəfindən yaradılan münsiflər heyəti həmin məktublar içərisində meyarlara uyğun hesab edilən məktubları müəyyənləşdirərək, Regional Təhsil İdarəsinə göndərib.

Sonda müsabiqənin meyarlarını ödəyən məktubları yazmış şagirdlər yerli təhsil sektorları tərəfindən mükafatlandırılıblar.

Ən Çox Oxunan