25.8 C
Gence
25.8 C
Gence

Səməd Vurğunun kostyum sifariş etdiyi dərzinin oğlu Gəncədə çalışır

Gəncədə uzun illərdir dərzilik edən usta yaşayır.

Hafiz Əliyev Şeyx Bahəddin küçəsində bazarın yanında yerləşən dərzi emalatxanasında çalışır. Bu peşə ona mərhum atası Balakişi ustadan miras qalıb. O, öz dövrünün tanınmış dərzilərindən idi. Hətta 1951-ci ildə dahi şair Səməd Vurğun ona kostyum sifariş etmişdir.

Hafiz usta 20 yaşından bu sənətlə məşğuldur. O, paltarların təmirini edir, sifarişə kostyumlar, polis və hərbiçilərə uniformalar da tikir. Ustanın tələbələri müxtəlif rayonlarda dərzi işləyirlər.

Dərziyə təmir vəya sifariş üçün müraciət etmək istəyənlər (070) 522 19 61 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Hafiz Əliyev 1961-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan