Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev mədəniyyət müəssisələrini ziyarət edib. Bu haqda 1 mart tarixində Gəncə Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Süleyman Əliyev İsrafil Məmmədovun Ev Muzeyini, Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyini və Gəncə şəhər Həydər Əliyev Mərkəzini ziyarət edib. Təmirdən sonra muzeylə tanışlıq olub, Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun döyüş yolunu və həyatını əks etdirən eksponatlar haqqında məlumat verilib.
Gəncə şəhər Həydər Əliyev Mərkəzində Süleyman Əliyevə mərkəzdə fəaliyyət göstərən ulu öndər Heydər Əliyevin Xatirə Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı, İDEA İctimai Birliyi Rəsurs Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi haqqında məlumat verilib.