15.3 C
Gence
15.3 C
Gence

Səhiyyə ocaqlarında həkim çatışmazlığı var

Gəncədə xəstəxanalara həkimlər tələb olunur. Bu haqda 11 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Tibb müəssisələrində cərrah, kardioloq, nevroloq, psixiatr, uroloq, terapevt, pediatr kimi 22 həkim yeri boşdur. Bu hal vaxtında tibbi yardım və müalicə ilə bağlı tədbirlərin görülməsini çətinləşdirir.

Bildirilir ki, ilin əvvəlindən 20 həkim müxtəlif ixtisaslar üzrə işə cəlb edilib. Lakin bu, məsələnin tam həlli üçün yetərli olmayıb. Vakant həkim yerləri həm xəstəxanalarda, həm də ailə sağlamlıq mərkəzlərində mövcuddur. Həmçinin ərazi üzrə uşaq poliklinikalarında uşaq cərrahı, kardioloqu, nevroloqu kimi həkimlərə də ehtiyac duyulur.

Həkimlər, orta tibb işçiləri və digər texniki işçilərin işə qəbulu müvafiq komissiyanın qərarına əsasən aparılır.

Ən Çox Oxunan