19.1 C
Gence
19.1 C
Gence

Rusiyanın telekanalı Gəncə haqqında reportaj hazırlayır

Rusiya telekanallarından birinin heyəti Gəncəyə səfər edib. Bu haqda Gəncə Destinasiya Menecmenti təşkilatı 28 sentyabr tarixində məlumat paylaşıb.

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun təşəbbüsü və Gəncə Turizm İnformasiya mərkəzinin dəstəyi ilə Rossiya-1 telekanalında gedən “По секрету всему свету” teleproqramının heyəti Gəncədə səfərdə olub. Verlişdə Azərbaycanın turizm potensialı təbliğ olunacaq. Bu məqsədlə heyət Gəncənin tarixi-mədəni abidələri, milli mətbəxi, adət ənənələri ilə tanış olub.

Verilişin aparıcısı Vlad Sokolovski plovun və Gəncə paxlavasının hazırlanmasında iştirak edib. İmamzadə Dini kompleksi, Şah Abbas məscidi, Şah Abbas Karvansarayı və Heydər Əliyev parkı haqqında reportaj hazırlayıblar.

Ən Çox Oxunan