26.4 C
Gence
26.4 C
Gence

Roma güləşi üzrə yeniyetmələr arasında yarış baş tutub

Gəncədə Roma güləşi üzrə birincilik keçirilib. Bu haqda 11 may tarixində Həmkarlar İttifaqları İdman Təşkilatlarına istinadən məlumat veririk.

Yarış Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Burada 2009-2010-cu il və 2011-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar iştirak ediblər. 2009-2010-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında yarışlar 8, 2011-2013-cü il təvəllüdlülər arasında isə 5 çəki dərəcəsi üzrə baş tutub.

Tədbirdə “Spartak” KBTİC İB-nin güləşçiləri ilə yanaşı, digər idman təşkilatlarının idmançıları da güclərini sınayıblar. Burada 9 komandada 110 idmançı mübarizə aparıb. Ümumkomanda hesabında yerlər aşağıdakı kimi müəyyənləşdirilib:

  • “Spartak” KBTİC İB-i – I yer;
  • Gəncə şəhər İdman Liseyi – II yer;
  • 9 nömrəli UGİM – III yer.

Ən Çox Oxunan