16.9 C
Gence
16.9 C
Gence

Riyaziyyat fənnindən olimpiadalara hazırlıq dərsləri start götürüb

Gəncədə olimpiadalara hazırlıq dərsləri başlayıb. Bu haqda 12 aprel tarixində Təhsil İnstitutuna istinadən məlumat veririk.

8-ci sinif şagirdləri üçün riyaziyyat fənnindən olimpiadalara hazırlıq dərsləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilir. Məşğələlər həftədə 4 saat olmaqla mühazirə və seminar formatında təşkil olunur.

Qeyd edək ki, dərslərdə iştirak edən şagirdlər Təhsil İnstitutu və müvafiq ümumtəhsil müəssisələrinin səhifələrində elan edilmiş imtahanın nəticələrinə əsasən seçiliblər.

 

Ən Çox Oxunan