Gəncədə tibbi aksiya təşkil olunacaq. Bu haqda 15 sentyabr tarixində Beynəlxalq Xəstəxanaya istinadən xəbər veririk.
Gəncə Beynəlxalq Xəstəxanasında 15-16 sentyabr tarixlərində estetik və rekonstruktiv cərrah Tale Qasımov pasiyentləri ödənişsiz qəbul edəcək.
Həkim tərəfindən icra edilən əməliyyatlar aşağıdakılardır:
- Estetik əməliyyatlar;
- Anadangəlmə inkişaf qüsurları;
- Üz nahiyəsinin sümük sınıqlarının təmiri;
- Bədənin müxtəlif nahiyələrinin orqan və yumşaq toxuma defektlərinin travmadan və ya cərrahi əməliyyatdan sonrakı rekonstruksiyası;
- Xoşxassəli və bədxassəli dəri və dərialtı yumşaq toxuma törəmələrinin xaric edilməsi və rekonstruktiv cərrahiyyəsi;
- Əməliyyat, posttravmatik və ya yanıqdan sonrakı çapıqların, kontrakturaların və deformasiyaların ləğvi, funksiya pozğunluqlarının aradan qaldırılması;
- Botoks (miqren, çənə trizmi, hiperhidrozun müalicəsi və estetik məqsədli);
- Dolğu (burun, dodaq və s.);
- Yağ dolğusu (lipofilinq);
- Kök hüceyrə transferi.
Əlavə məlumat almaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
(022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00.
Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.