13.6 C
Gence
13.6 C
Gence

Rekonstruktiv cərrah iki gün ödənişsiz müayinə edəcək

Gəncədə tibbi aksiya keçiriləcək. Bu haqda 17 noyabr tarixində Beynəlxalq Xəstəxanaya istinadən məlumat veririk.

Plastik-estetik və rekonstruktiv cərrah doktor Tale Qasımov 25-26 noyabr tarixlərində pasiyentləri pulsuz qəbul edəcək. Həkimin fəaliyyət sahələri aşağıdakılardır:

  • Estetik əməliyyatlar;
  • Anadangəlmə inkişaf qüsurları;
  • Üz nahiyəsinin sümük sınıqlarının təmiri;
  • Bədənin müxtəlif nahiyələrinin orqan və yumşaq toxuma defektlərinin travmadan və ya cərrahi əməliyyatdan sonrakı rekonstruksiyası;
  • Xoşxassəli və bədxassəli dəri və dərialtı yumşaq toxuma törəmələrinin xaric edilməsi və rekonstruktiv cərrahiyyəsi;
  • Əməliyyat, postravmatik və ya yanıqdan sonrakı çapıqların, kontrakturaların və deformasiyaların ləğvi, funksiya pozğunluqlarının aradan qaldırılması;
  • Botoks (miqren, çənə trizmi, hiperhidroz- tərləmə müalicəsi və estetik məqsədli);
  • Dolğu (burun, dodaq və s.);
  • Yağ dolğusu (lipofilinq);
  • Kök hüceyrə transferi.

Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.

Ən Çox Oxunan