12.5 C
Gence
12.5 C
Gence

“Region gənclərinin bacarıqlarının artırılması” layihəsinə start verilir

Gəncədə gənclərin fərdi inkişafına dəstək üçün təlim keçiriləcək. Bu haqda 12 noyabr tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

“Region gənclərinin bacarıqlarının artırılması” layihəsi başlayır. Məqsəd gənclərin fərdi inkişafına dəstək vermək, onlara iş sahəsinin prinsiplərini aşılamaq, sağlam düşüncəli, rəqabətə davamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqdır.

19 noyabr tarixində Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Gənclər Evində təlim təşkil ediləcək. Burada “Layihələrin yazılması və idarə olunması”, “Gənclərlə işin prinsipləri”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “PR prinsipləri” və s. istiqamətlərdə seminarlar baş tutacaq.

İştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Link:

https://bit.ly/regiongencleri.

Ən Çox Oxunan