25.8 C
Gence
25.8 C
Gence

Recep Öztop və Adil Tağıyev sənaye müəssisələrinə baş çəkiblər

Gəncədə sənaye müəssisələri ziyarət olunub. Bu haqda 11 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop şəhərdə fəaliyyət göstərən bir sıra sənaye müəssisələrinə baş çəkib. Onu icra başçısının müavini Adil Tağıyev müşayiət edib. Əvvəlcə “Azəralüminium” MMC-ni ziyarət edən rəsmilər burada istehsal prosesi ilə tanış olub, müəssisədə istehsal olunan məhsulun çeşidi və həcmi, ixrac edildiyi ölkələr barədə məlumatlandırılıblar.

Daha sonra “Gəncə Şərab-2” ASC-yə baxış keçirilib. Müəssisədə olarkən burada yeni istifadəyə verilmiş şampan şərabı istehsal xəttinin işi ilə də yerində tanışlıq olub. Bildirilib ki, yeni istifadəyə verilmiş xətt məhsul çeşidinin və bazarda rəqabət qabiliyyətinin artmasına şərait yaradacaq.

Recep Öztop və Adil Tağıyev müəssisələrə fəaliyyətlərində uğurlar arzulayıblar.

Ən Çox Oxunan