5.8 C
Gence
5.8 C
Gence

Ramil Orucov qazilərin problemləri ilə maraqlanıb

Ramil Orucov Gəncədə qazilərlə görüşüb. Bu haqda 14 mart tarixində GəncəNews saytına istinadən məlumat veririk.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edib. O, Vətən müharibəsindən bəhs edib. Sədr qazilərin problem və təkliflərini dinləyib, onların həlli üçün müvafiq tapşırıqlar verib. Bəzi məsələlər yerindəcə həll olunub.

Qeyd edək ki, tədbirdə Qarabağ muharibəsi əlili Nadir Kərimov, qazilər Bayram Kərimov, Tural Xanəliyev və Əli Tağıyev, Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə bölməsinin sədri Vüsal Qurbanov iştirak ediblər.

Ən Çox Oxunan