25.8 C
Gence
25.8 C
Gence

Raket hücumları nəticəsində hər iki valideynini itirmiş Sevil Əliyeva ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək nəticələrlə daxil olan Sevil Əliyeva və Balakişi Məmmədəliyevlə təhsil müəssisəsinin rektoru görüş keçirib. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

Professor İbrahim Cəfərov tələbələrə təhsil həyatlarında uğur və nailiyyətlər arzu edib.

Tələbələr təhsil müəssisəsinin Aqrar iqtisadiyyat fakültəsinə qəbul olublar. Onlara tələbə biletləri və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Sevil Əliyeva raket hücumları nəticəsində hər iki valideynini itirmişdir.

Ən Çox Oxunan