13 C
Gence
13 C
Gence

Raket atəşi zamanı həlak olan şəhidin adı sinif otağına verilib

Gəncədə məktəblərdən birində sinif otağına şəhid adı verilib. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Sözügedən təşəbbüs Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbdə həyata keçirilib. Təhsil müəssisəsində sinif otaqlarından birinə şəhid Tunar Əliyevin adı verilib.

Qeyd edək ki, Tunar Qoşqar oğlu Əliyev orta təhsilini 2005-2016-cı illərdə həmin məktəbdə alıb. O, 4 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olub.

Ən Çox Oxunan