Erməni terroru zamanı dağıntılar altında qaldı, babasının həyacandan ürəyinin dayanması xəbərini xilas ediləndən sonra aldı. 17 oktyabr 2020-ci ildə raket atəşi nəticəsində xəsarətlər alan Aysu Ağayeva Gencexeber.az-la həmin gün yaşadıqları ilə bölüşüb.
Xanım bildirib ki, həmin dəhşətli gecədən sonra onun və ailəsinin həyatı hadisədən əvvəl və sonraya bölündü. “Mövcud vəziyyətdən bir an ərzində insanın baxışları necə dəyişə bilər, elə həmin günün səhəri anladım” – deyə gözüyaşlı Aysu bildirib.
Həmin gecə o, atası, anası, qardaşı və bacısı ilə birlikdə dağıntılar altında qalmışdır. Babası Nürəddin Ağayev yaxınlarını itirdiyini sanmışdır. 78 yaşlı ağsaqqalın keçirdiyi mənəvi sarsıntı səbəbindən ürəyi dayanmışdır.
Aysu və yaxınları müxtəlif bədən xəsarətləri ilə dağıntılar arasından xilas ediləndən sonra ailə başçılarını itirdikləri haqda xəbər tutublar.
Xanım müraciətin sonunda olanların heç kim tərəfindən unudulmamasını istədiyini bildirib.




