15.3 C
Gence
15.3 C
Gence

“Rabitə manqa komandirləri” kateqoriyası üzrə kurs keçirilib

Gəncədə mülki müdafiə kursu təşkil olunub. Bu haqda 7 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.

“Rabitə manqa komandirləri” kateqoriyası üzrə kurs Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən keçirilib. Məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşğələdə kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah olunub, mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Sonda kursu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim olunub.

Ən Çox Oxunan