14.1 C
Gence
11.5 C
Ganja

Rəsmi şəxslər şəhid Amal Əhmədovun evinə baş çəkiblər

Gəncəli şəhidin ailəsi ziyarət olunub. Bu haqda 4 noyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.

Söhbət Vətən müharibəsi şəhidi Amal Əhmədovdan gedir. Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gənclər Evinin direktoru Amil Qurbanov və gənclər şəhidin ailəsinə baş çəkiblər. Şəhidimizin xatirəsi yad olunub.

Qeyd edək ki, Amal Rauf oğlu Əhmədov 3 may 1996-cı ildə Gəncədə anadan olub. O, 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 19 oktyabr tarixində Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

O, ölümündən sonra Prezident tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən Çox Oxunan