24.3 C
Gence
23.5 C
Ganja

Rəhbər vəzifəsinə sənəd qəbulu aparılır

Gənclər və İdman Nazirliyi Gəncədə rəhbər vəzifəsinə namizəd axtarışındadır. Bu haqda 27 avqust tarixində nazirliyə istinadən məlumat veririk.

Tibbi-Bədən Tərbiyəsi Dispanserinin rəhbəri vəzifəsinə sənəd qəbulu elan olunub. Namizədlərdən aşağıdakılar tələb olunur:

  • Ali tibb təhsil;
  • Minimum iş stajı: 5 il (rəhbər işində olanlara üstünlük verilir);
  • Yaş həddi: 45 yaşadək;
  • Kollektivlə işləmək bacarığı;
  • Tibb menecmenti, terapevt və travmatoloqlara üstünlük verilir.

Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Linkdə verilmiş (bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali tibb təhsili haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə olmayan, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq. Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Son müraciət tarixi 30 sentyabr saat 12:00-dır.