21 C
Gence
21 C
Gence

Rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi baş tutub

Gəncədə mülki müdafiə məşqi keçirilib. Bu haqda 31 mart tarixində FHN-ə istinadən məlumat veririk.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda tədbir Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən 2 saylı Gəncə regional “ASAN Xidmət” Mərkəzində təşkil olunub. Məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi idi.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Daha sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Ən Çox Oxunan