24.8 C
Gence
24.8 C
Gence

“İrşad Elektronics” MMC Gəncədə əməkdaş axtarır

“İrşad Elektronics” MMC Gəncədə kredit mütəxəssisi vakansiyası üzrə əməkdaş axtarır. Son müraciət tarixi 24 oktyabrdır.

Namizədlər öz CV-ni [email protected] elektron ünvanına göndərməlidirlər.

Vəzifə öhdəlikləri aşağıdakılardır:

  • Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Müştəri hesablarının aparılmasına dair xidmətlər;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Namizədlərdən bunlar tələb olunur:

  • Yaş: 22-30 arası;
  • Cinsi: Kişi;
  • Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komanda və müştərilərlə işləmək bacarıqları;
  • Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
  • Güclü kommunikasiya bacarıqları;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzu olunandır (vacib deyil)

Daha öncə, Ziraat bankın Gəncə filialı üzrə müştəri xidmətləri mütəxəssisi vakansiyası haqda xəbər vermişdik.

Ən Çox Oxunan