Gəncədə açıq birincilik təşkil olunub. Bu haqda 13 noyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Qrapplinq idman növü üzrə şəhər açıq birinciliyi keçirilib. Burada Gəncə ilə yanaşı, Göygöl, Şəmkir, Yevlax, Ağcabədi, Şəki, Zaqatala və Bakı şəhərinin komandaları iştirak ediblər.
Yarışa ümumilikdə 150-yə yaxın idmançı qatılıb.
Sonda qaliblər təltif olunublar.