Gəncə küçələrinin işıqlandırılması ilə bağlı icra olunan layihənin təfərrüatları məlum olub. Bu haqda aprelin 18-i Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulub.
Bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılıb və qismən istifadəyə verilib. Aparılan yoxlama və quraşdırma işləri tam yekunlaşdıqdan sonra, enerjinin verilişi təmin olunacaq.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o” şirkəti layihəni birgə icra edirlər.