Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu peşəkar kadrları işə dəvət edir. Bu haqda məlumatı avqustun 27-si adıçəkilən quruma istinadən veririk.
AQTİ Gəncədə fəaliyyət göstərəcək regional sınaq laboratoriyasına əməkdaş axtarışındadır. Hazırda laboratoriya müdiri, kimyaçı və mikrobioloq vəzifələri üzrə vakant yerlər mövcuddur.
Hər bir vakansiyaya uyğun tələb olunanlar barədə ətraflı məlumat almaq üçün bu link-dən keçid etmək kifayətdir.
Namizədlər CV-lərini mövzu yerinə “Gəncə” yazaraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.