16.4 C
Gence
16.4 C
Gence

“Qarabağ uşaqların gözü ilə” adlı video hazırlanıb

Gəncədə məktəblilər Qarabağa aid video hazırlayıblar. Bu haqda Gencexeber.az-a 12 noyabr tarixində məlumat daxil olub.

Şəhər 8 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Şəbnəm Şirinova, 7-ci sinif şagirdi Aysel Şirinova və 5-ci sinif şagirdi Ümid Şirinov “Qarabağ uşaqların gözü ilə” adlı video çəkiblər. Onlar bu təşəbbüslə Elm və Təhsil Nazirliyinin müsabiqəsində birinci yerə layiq görülüblər. Məktəblilər diplomla təltif olunublar.

Videoda Qarabağ atları, Xurşidbanu Natəvan və Xarıbülbül öz əksini tapıb. İdeya məktəbin təlim- tərbiyə işləri üzrə direktor muavini Vüsalə Əmiraslanovaya məxsusdur.

Həmin videonu izləyicilərimizə təqdim edirik.

Ən Çox Oxunan