26.4 C
Gence
26.4 C
Gence

“Qarabağ İlmələrdə” layihəsinin səyyar avtomobili Gəncədə

“Azərxalça” ASC-nin həyata keçirdiyi “Qarabağ İlmələrdə” layihəsinin səyyar avtomobili bu gün, 5 oktyabr 12:00-dan Gəncə şəhər Dövlət Filarmoniyasının qarşısında duracaq. İstəyən hər kəs bura yaxınlaşaraq xalçaya ilmə vura bilər.

Vətən müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC xüsusi layihə həyata keçirir. “Qarabağ İlmələrdə” adlanan sosial layihə çərçivəsində vətəndaşlarımıza 2021-ci il sentyabrın 28-dən ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınan “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunur. Sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək.

Qeyd edək ki, səyyar avtomobil gün ərzində ardıcıl olaraq Şəmkir, Tovuz və Qazax rayonlarında olacaq.

Ən Çox Oxunan