5.8 C
Gence
5.8 C
Gence

“Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçiriləcək

Rəsm müsabiqəsi elan olunub. Bu haqda məlumatı iyulun 30-u Gənclər və İdman Baş İdarəsinə istinadən veririk.

Gəncədə istedadlı yeniyetmə və gənclər arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçiriləcək. Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən təşkil ediləcək. İncəsənət yarışması 2022-ci ilin “Şuşa İli” elan edilməsi münasibətilə keçiriləcək.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər iştirak edə bilər. Yarışmanın avqustun 10-dan 15-dək keçirilməsi planlaşdırılıb. İştirak etmək istəyən şəxslər (055) 566 90 91 və (055) 307 85 39 nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Ən Çox Oxunan