Gəncədə yeni başladılan layihəyə qeydiyyat üçün link yaradılıb. Bu haqda 10 oktyabr tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
İdarə tərəfindən keçirilən “Mənim əziz müəllimim” layihəsində iştirak üçün olan çoxsaylı müraciətləri nəzərə alaraq, müəllimlərin onlayn qeydiyyatı üçün link paylaşılıb. Onlar linkə keçid edərək müvafiq xanalara məlumatlarını əlavə edə bilərlər.
Layihədə yalnız müəyyənləşdirilmiş kriteriyalara cavab verən təhsilverənlər haqqında məlumatlar ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, məqsəd peşəkar kompetensiyalara sahib, innovativ təcrübəni tətbiq edən, qabaqcıl müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.