Gəncədə spartakiada yarışları təşkil olunur. Bu haqda 14 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Tələbə sağlamlıq spartakiadası” keçirilir. Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə növbəti yarış qızlar arasında basketbol idman növü üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseyləri arasında olub. Burada 74 tələbə iştirak edib.
Qeyd edək ki, spartakiada may ayınadək davam edəcək və 7 idman növü üzrə yarışlar baş tutacaq.