22.5 C
Gence
22.5 C
Gence

Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzində tədbir keçirilib

Gəncədə Qızıl Aypara Cəmiyyətinin yığıncağı olub. Bu haqda 10 may tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncə şəhər bölməsinə istinadən məlumat veririk.

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzində baş tutub. Burada mərkəzin koordinasiyasında olan Gəncə, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy rayon və şəhər bölmələrinin sədr və könüllüləri iştirak ediblər.

Görüşdən sonra qonaqlar ulu öndərin şəhərimizdə yerləşən abidəsinin önünə gül dəstələri qoyublar.

Ən Çox Oxunan