16.4 C
Gence
16.4 C
Gence

Qızıl Aypara Cəmiyyəti Gəncədə tədbir təşkil edib

Gəncədə Ümumdünya İlk Tibbi Yardım Günü ilə bağlı tədbir keçirilib. Bu haqda məlumatı sentyabrın 12-si Visiontv.az-a istinadən veririk.

Ümumdünya İlk Tibbi Yardım Günü ilə bağlı tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional bölməsinin təşkilatçılığı ilə həyata keçirilib. Orada yerli icra orqanının rəsmiləri, AzQAC-nin və cəmiyyətin regional bölmələrinin nümayəndələri, tibb işçiləri və şəhər sakinləri iştirak ediblər.

Çıxış edənlər Ümumdünya İlk Tibbi Yardım Gününün tarixi və əhəmiyyətindən danışıblar. Ilk yardımın göstərilməsinə dair fləşmob nümayiş olunub. Daha sonra ilk tibbi yardımın göstərilməsi ilə bağlı sual-cavab əsasında viktorina keçirilib.

Ən Çox Oxunan