Gəncədə yeni layihə ilə bağlı tədbir keçirilib. Bu haqda 15 mart tarixində UNDP Azərbaycana istinadən məlumat veririk.
BMT-nin İnkişaf Proqramı (UNDP) və Dövlət Turizm Agentliyi ilə birgə icra olunan “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində “Qərb Destinasiya İnkişaf Planı” hazırlanıb. İclasda layihə rəhbəri Rüfət Bağırov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə Turizm İnformasiya Mərkəzinin direktoru Zaur Bayramov iştirak ediblər.
Bildirilib ki, “Qərb Destinasiya İnkişaf Planı”nın məqsədi regionda dayanıqlı turizmin potensialını yüksəltmək, turist sayını artırmaq, həmçinin regionlarda kiçik və orta sahibkarların inkişafına dəstək olmaqdır.
Layihə nümayəndələri iştirakçıları seminar formatında xüsusi metodologiya əsasında Göygöl üçün yeni layihələr üzərində müzakirəyə cəlb ediblər.