5.8 C
Gence
5.8 C
Gence

Qırğızıstanın ali təhsil müəssisələri ilə ADAU arasında qurula biləcək əlaqələrin perspektivlərindən danışılıb

Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Gəncədə universitetlərin birinə baş çəkib. Bu haqda 29 iyul tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Səfir Kayrat Osmonaliyev ADAU-nun rektoru İbrahim Cəfərovla görüşüb. Tədbirdə qonağa universitet haqda məlumat verilib. Burada Qırğızıstanın ali təhsil müəssisələri ilə ADAU arasında qurula biləcək əlaqələrin perspektivlərindən danışılıb. Səfirə təhsil müəssisəsinin tanıtım çarxı nümayiş olunub.

Görüşdə həmçinin Millət vəkili Musa Quliyev də iştirak edib.

Tədbirin sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

 

Ən Çox Oxunan