Gəncədə parkların birində oyun meydançası yaradılır. Bu haqda Gencexeber.az-a 24 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospektində yerləşən Qəmbər Hüseynli parkından gedir. Burada balaca sakinlərimizin boş vaxtlarını maraqlı keçirməsi üçün uşaq meydançası salınır. Ərazidə iki aydır işlər aparılır. Burada canlı qüvvə və texnika işləyir.
Hazırda meydançada müxtəlif qurğular quraşdırılır. Burada uşaqlar üçün oyun meydançası salınacaq, yelləncəklər olacaq. Oyun meydançasındakı işlərin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.
Bundan başqa, Xan bağında sakinlərin sağlam həyat tərzi sürməsi üçün idman qurğuları quraşdırılır.