Gəncədə alimlərdən birinin yubileyi qeyd olunub. Bu haqda 19 sentyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri biologiya elmləri doktoru professor Əhəd Nəbiyevin 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Burada, həmçinin professorun elmi-pedaqoji fəaliyyətinin 55 ilinin tamam olduğu da qeyd edilib.
Tədbirdə Əhəd Nəbiyevin qida sənayəsində, ələlxüsus da şərabçılıqda əldə etdiyi elmi yeniliklər diqqətə çatdırılıb. Onun yeni texnologiya əsasında konyak-şərab materialı istehsalı texnologiyasından danışılıb. Fəalliyəti dövründə professorun yetirmələrinin bu sahədə tanınmış alimlər olduğuna diqqət çəkilib. Yubilyara uğurlar arzulanıb, təbriklər çatdırılıb, hədiyyələr təqdim olunub.