21.4 C
Gence
20.5 C
Ganja

İpoteka müqavilələrinin sayı açıqlanıb

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə ərazi idarəsində daşınmaz əmlak üzrə bağlanılan ipoteka müqavilələrinin sayı açıqlanıb. Bu haqda 26 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.

2022-ci ilin ilk yarımilliyinin statistikası açıqlanıb. Nəticələrə əsasən, sözügedən idarə üzrə 1755 müqavilə bağlanıb. Onlardan 722-si mənzillərin, 562-si fərdi yaşayış evlərinin, 336-sı isə torpaq sahələrinin girov qoyulması müqabilində həyata keçirilib.