Gəncədə bir neçə şəxs təltif olunub. Bu haqda 10 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Prezident Sərəncam imzalayıb. Sənədə əsasən, Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün əməkdaşları – manqa komandiri polis baş serjantı Babazadə Sənan Nadir oğlu və polis baş serjantı Qurbanov Turan Nəriman oğlu “İgidliyə görə” medalı ilə təltif ediliblər.
İcra başçısı Niyazi Bayramov həmin polis əməkdaşları ilə görüşüb. Burada şəhər Prokuroru Azad Qarayev və Baş Polis İdarəsinin rəisi polis general-mayoru Teymur Hacıyev iştirak ediblər. Şəhər rəhbəri təltif olunan polis əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıb.