Gəncədə tibbi aksiya təşkil olunacaq. Bu haqda 19 may tarixində Beynəlxalq Xəstəxanaya istinadən məlumat veririk.
Plastik estetik və rekonstruktiv cərrah doktor Tale Qasımov 26 və 27 may tarixlərində Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri pulsuz qəbul edəcək. Həkimin fəaliyyət sahələri aşağıdakılardır:
- Estetik əməliyyatlar;
- Anadangəlmə inkişaf qüsurları;
- Üz nahiyəsinin sümük sınıqlarının təmiri;
- Bədənin müxtəlif nahiyələrinin orqan və yumşaq toxuma defektlərinin travmadan və ya cərrahi əməliyyatdan sonrakı rekonstruksiyası;
- Xoşxassəli və bədxassəli dəri və dərialtı yumşaq toxuma törəmələrinin xaric edilməsi və rekonstruktiv cərrahiyyəsi;
- Əməliyyat, posttravmatik və ya yanıqdan sonrakı çapıqların, kontrakturaların və deformasiyaların ləğvi, funksiya pozğunluqlarının aradan qaldırılması;
- Botoks (miqren, çənə trizmi, hiperhidrozun müalicəsi və estetik məqsədli);
- Dolğu (burun, dodaq və s.);
- Yağ dolğusu (lipofilinq);
- Kök hüceyrə transferi.
Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.